Universitetin bütün fakültələrində keçirilən dərslərdə ailə üzvləri şəhidlərin həyatı, şərəfli döyüş yolu və qəhrəmanlıqlarından danışıblar. Qazilər möhtəşəm Zəfər tariximizin canlı şahidi kimi Qarabağ müharibəsinin unudulmaz anlarından, döyüş meydanında göstərilən igidlik nümunələrindən və qazanılan qələbənin xalqımız üçün daşıdığı tarixi əhəmiyyətdən bəhs ediblər.
Bəzi auditoriyalarda şəhidlərimizin həyatlarını və qəhrəmanlıqlarını əks etdirən slaydlar nümayiş olunub. Tələbələrin sualları cavablandırılıb, səmimi fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetində mütəmadi olaraq şəhid ailələri və qazilərlə görüşlər təşkil edilir, “Naxçıvan Şəhid Ailələri”, “Naxçıvan Qaziləri” İctimai birlikləri ilə birgə tədbirlər keçirilir. Bu cür görüşlər tələbələrin vətəndaşlıq mövqeyinin formalaşmasına, milli kimlik şüurunun möhkəmlənməsinə və tarixi yaddaşın qorunmasına mühüm töhfə verir.
Tehsil-press.az







