BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi

BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi Bakı Dövlət Universitetinin (BDU) Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi BDU tələbələri üçün ödənişsiz qrafik dizayn təlimi elan edir.

Rəqəmsal dizayn dünyasının əsas və ən güclü alətlərindən biri olan “Adobe Photoshop” proqramı hazırda qrafik dizayn, sosial media, reklam, foto redaktə və brend vizuallarının yaradılmasında əsas rol oynayır. İstər peşəkar dizayner olmaq, istərsə də öz kreativ ideyalarınızı vizuallaşdırmaq üçün “Adobe Photoshop” biliyi əvəzolunmaz bacarıqdır. “Adobe Photoshop” təlimi BDU tələbələrinə dizaynın əsas prinsiplərini, vizual kompozisiya qurmağı, foto və qrafik elementləri peşəkar şəkildə işləməyi öyrədəcək. Təlim yalnız nəzəri biliklərlə məhdudlaşmayacaq, eyni zamanda tələbələrə real layihələr və praktiki tapşırıqlar üzərində işləmək imkanı da yaradacaq.

Təlim BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzi tərəfindən sadəcə BDU tələbələri üçün ödənişsiz olaraq təşkil olunur. Qrafik dizayn təlimi həftədə 2 dəfə, 90 dəqiqə müddətində keçiriləcək.

Son müraciət tarixi: 1 mart 2026 17:00

Müsahibə həftəsi: 10 – 16 mart 2026

Təlimin başlama tarixi: 1 aprel 2026

Təlimin müddəti: 8 həftə

Əlavə məlumat üçün:

Müraciət formu:

Tehsil-press.az

Oxşar xəbərlər