Yol polisi qəzada ağır yaralandı

Yol polisi qəzada ağır yaralandı Cəlilabad rayonunda ağır yol qəzası baş verib.
Hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, hərəkətdə olan yük avtomobili (“Tır”) DYP avtomobilinə çırpılıb. Nəticədə, yol polisi serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə başından ağır travma alıb.
Yaralı polis əməkdaşı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az


Oxşar xəbərlər