Ucarda ağır qəza - Ölən var

Ucarda ağır qəza - Ölən var Ucarda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayon ərasizindən keçən hissəsində baş verib.

Gəncə sakini idarə etdiyi TIR-la hərəkətdə olarkən idarəetməni itirib və nəticədə yol kənarında dayanmış minik avtomobilinə çırpılıb.

Hadisə zamanı minik avtomobilinin sürücüsü Ömərov Xıdır hadisə yerində dünyasını dəyişib.

***

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndi ərasizindən keçən hissəsində baş verib.

Samux rayon sakini Ş.Əliyevin idarə etdiyi "DAF" markalı yük avtomobili hərəkətdə olarkən idarəetməni itirib və nəticədə "Mitsubishi" minik avtomobillə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü X.Ömərov ölüb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər