Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var

Azərbaycanda AĞIR QƏZA: Ölən və yaralananlar var Beyləqanda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Beyləqan-Daşburun yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik maşınlarının toqquşması nəticəsində ölən və xəsarət alanlar olub.

Avtoqəza zamanı Xankişiyev Qabil Dədəkişi oğlu həyatın itirib. Kərimov İmamqulu Əsəd oğlu, Quliyev Ağa Təvəkkül oğlu, Hüseynov Şəhriyar İman oğlu, Fərzəliyev Elvin Salman oğlu xəsarət alıblar.

Yaralılar Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Beyləqan rayon polis şöbəsində araşdırma aparılır./APA/

Tehsil-press.az

Oxşar xəbərlər