Böyük Britaniya İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib

Böyük Britaniya İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq etmək qərarına gəlib Böyük Britaniya İranın təhlükəsizlik rəsmiləri və təşkilatlarına qarşı insan haqlarını pozduqları üçün yeni sanksiyalar tətbiq etmək qərarına gəlib.
Yeni sanksiyaların insan haqlarına cavabdeh olan 13 şəxs və təşkilatı əhatə etdiyi bildirilib.
Qeyd olunub ki, sanksiyalar İranda işgəncə və qeyri-insani rəftara nəzarət edən həbsxana rəhbərlərini, rejim əleyhdarlarından şəxsi məlumatların toplanması ilə məşğul olan təşkilatları və məcburi hicab qanunları vasitəsilə qadınlara qarşı zülmə rəhbərlik edənləri hədəf alıb.
Sanksiyalara səyahət qadağaları, eləcə də onların Böyük Britaniyadakı aktivlərinin dondurulması daxildir ki, bu da Böyük Britaniyadakı təşkilatların sanksiyaya məruz qalan şəxslərlə iş aparmasına mane olur.

Tehsil-press.az


Oxşar xəbərlər