Britaniya Ukraynaya yeni maliyyə dəstəyi paketi elan edəcək

Britaniya Ukraynaya yeni maliyyə dəstəyi paketi elan edəcək Böyük Britaniya Ukraynaya böyük maliyyə dəstəyi paketi təqdim edəcək.
O cümlədən Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün Dünya Bankı 3 milyard dollar vəsaiti də ayırmağı planlaşdırır.
Paketin elanı bu gün Londonda keçiriləcək Ukraynanın bərpası üzrə konfrans zamanı planlaşdırılır.
"Downing Street"ə görə, maliyyə dəstəyi məktəblər və xəstəxanaların saxlanması xərcləri də daxil olmaqla həyati əhəmiyyətli ictimai xidmətlərə yönəldiləcək.
Ümumiyyətlə, bu maliyyə vəsaiti Rusiyaya qarşı müharibə zamanı Ukraynanın iqtisadi sabitliyini dəstəkləmək üçün nəzərdə tutulub.
"Bu, Böyük Britaniyanın Ukraynaya həm indi, həm də gələcəkdə sarsılmaz sadiqliyini vurğulayan G7 ölkəsi tərəfindən verilən ilk ikitərəfli çoxillik maliyyə yardımı paketidir", - deyə Böyük Britaniya hökumətinin mətbuat xidməti qeyd edir.
Bu, Böyük Britaniyanın Ukraynaya qeyri-hərbi yardımını 4,1 milyard funt-sterlinq maliyyə dəstəyi və 640 milyon funt-sterlinq ikitərəfli yardım da daxil olmaqla 4,7 milyard funt-sterlinqdən artıq edir.

Tehsil-press.az


Oxşar xəbərlər