Azərbaycanda “Son zəng”də kütləvi dava - Bıçaqlananlar var

Azərbaycanda “Son zəng”də kütləvi dava - Bıçaqlananlar var Gədəbəydə “Son zəng” tədbirində insident olub.

Tehsil-press.az APA-ya istinadən məlumatına görə, hadisə rayonun Çaldaş kəndində qeydə alınıb. Məktəbdən kənarda keçirilən "Son zəng" şənliyində baş verən kütləvi davada 1996-cı il təvəllüdlü Yaşar Nəbiyev və onun əmisi oğlu 2001-ci il təvəllüdlü Röyal Nəbiyev bıçaqlanıb. Y. Nəbiyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, R. Nəbiyev isə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Cinayəti törətməkdə şübhəli bilinən 1981-ci il təvəllüdlü Ramin Tağıyev və başqa bir nəfər saxlanılıb. Faktlıa bağlı Gədəbəy rayon Polis Şöbəsində araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər