Bu rəng siqaretdən xilas edəcək

Bu rəng siqaretdən xilas edəcək Təcrübələrdə iştirak edənlər bu rəngi müxtəlif epitetlərlə təsvir ediblər.

Avstraliyalı alimlər dünyanın ən pis rəngini müəyyən ediblər. ANS PRESS-in məlumatına görə, ekspertlər komandasının müxtəlif rənglərə insanların verdiyi reaksiyaları tədqiq edərək müəyyən ediblər ki, insanlarda ən ikrah hissi doğuran rəng Pantone 448C adlanan rəngdir. Bu kod adla təqdim edilən rəng bulanıq yaşıl rəngdir.
Təcrübələrdə iştirak edənlər bu rəngi müxtəlif epitetlərlə təsvir ediblər. Əksəriyyət isə ilk təəssüratını "qətran", "çirkli", "ölüm" kimi sözlərlə ifadə edib.

Bu rəng siqaretdən xilas edəcək
Pantone 448C

Alimlərin bu sınağı həyata keçirməkdə məqsədi siqaret çəkənlərin sayını azaltmaqdır. Onlar siqaret qutularının üzərini məhz insanlarda mənfi hisslər oyadan bir rənglə qablaşdırmaq niyyətindədirlər.

Bu rəng siqaretdən xilas edəcək
Pantone 448C rənglə qablaşdırılmış siqaretlər

Təcrübələrdə mindən çox siqaret aludəçisi olan insan iştirak edib. Alimlər 3 ayda 7 təcrübə həyata keçirib. Eləcə də qablaşdırma rəngi bu rəng olan siqaretlərin nəticəsi müsbət olub. Böyük Britaniya, İrlandiya və Fransada bulanıq yaşıl rəng qutuları olan siqaretlər qabalaşdırılmağa başlayacaq.

Bu rəng siqaretdən xilas edəcək
Siqaret qutuları

Rəng standartlarının seçilməsi XX əsrin ortalarında Pantone Amerikan firması tərəfindən işlənib hazırlanıb.


Tehsil-press.az

Oxşar xəbərlər