Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Gənc intellektuallar məktəbi” layihəsi çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevlə onlayn görüş olub.
Görüşü giriş sözü ilə açan THİK sədri Hacıbaba Mustafayev dəvəti qəbul etdiyi üçün Xalq yazıçısı Çingiz Abdullayevə təşəkkür edib.
Tədbirin moderatoru, BDU-nun Jurnalistika fakültəsinin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Samir Mirzəyev THİK xəttilə keçirilən müxtəlif layihələr, o cümlədən “Gənc intellektuallar məktəbi” barədə məlumat verib. O, layihənin tələbə-gənclərin intellektual səviyyələrinin yüksəldilməsi məqsədilə həyata keçirildiyini vurğulayıb.
Sonra Xalq yazıçısı Çingiz Abdullayev öz həyat və yaradıcılığının maraqlı məqamları, həyat təcrübəsi haqqında danışıb, Azərbaycan və dünya ədəbiyyatından nümunələr gətirib, bədii ədəbiyyatla bağlı fikirlərini bölüşüb. O, gənclərin intellektual inkişaf üçün kitab oxumağın xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Sonda Çingiz Abdullayev tələbələrin suallarını cavablandırıb.
Tehsil-press.az