ABŞ-da neft buruqlarının birində partlayış baş verib

ABŞ-da neft buruqlarının birində partlayış baş verib ABŞ-ın Şimali Dakota ştatında neft buruqlarının birində partlayış baş verib.

ABC telekanalının verdiyi xəbərə görə, insident Uotford-siti şəhəri yaxınlığında qeydə alınıb. Nəticədə, 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 52 yaşlı Vayominq ştatı sakini aldığı yaralardan hospitalda vəfat edib. Hadisənin təfərrüatları və partlayışın səbəbləri açıqlanmır.


Tehsil-press.az

Oxşar xəbərlər