Səfir: "ABŞ prezidentlərin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayır"

Səfir: “Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşündə əldə olunan müsbət tendensiyanı alqışlayırıq”.

Tehsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. Səfir bildirib ki, əldə olunmuş müsbət irəliləyiş ABŞ-ın və Minsk qrupunun digər həmsədrlərinin köməkliyi ilə Vyanada keçirilmiş görüşün davamı kimi xarakterizə olunur:
“Minsk qrupunun həmsədri olan ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar ki, burada da başlıca məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir”.


Tehsil-press.az

Oxşar xəbərlər