“Tərtərə ilk dəfədir səfər edirəm. Səfərimdən çox məmnunam. Mən bu bölgədə yaşayan insanların yaşayışı ilə, onları narahat edən məsələlərlə yerində tanış olmaq istəyirdim. Eyni zamanda, ABŞ-ın Azərbaycanda həyata keçirdiyi çoxsaylı humanitar yardım proqramlarının və icra edilmiş layihələrin nəticələrini və insanlara verdiyi faydaları yerində görmək niyyətində idim”.
Bu sözləri Tərtərdə verdiyi açıqlamada ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib. O bildirib ki, ABŞ 1993-cü ildən bəri azərbaycanlı qaçqın və məcburi köçkünlərə 113 milyon dollar vəsait sərf edib: “1993-cü ildən Azərbaycana ayrılmış ABŞ yardımlarının ümumi miqdarı 1 milyard 300 milyon dollardır“.
Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün Rusiyanın təşəbbüsü və təşkilatçılığı ilə keçirilməsi faktının ABŞ-ın bu prosesdən geri çəkilməsi mənasına gəlib-gəlmədiyi barədə suala səfir belə cavab verib: “Öncə ondan başlayım ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın sonlarında Amerikaya səfəri zamanı əsas mövzulardan biri məhz Dağlıq Qarabağ münaqişəsi olub. Bundan başqa, Vyanada tərəflər istər Minsk Qrupunun həmsədrlərinin biri kimi ABŞ-ın, istərsə də dövlət katibi Con Kerrinin şəxsi təşəbbüsü və dəstəyi ilə bir araya gəlib”.
Prezidentlərin Sankt-Peterburq görüşündən gözləntilərlə bağlı sualı cavablandıran R. Sekuta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin həmin görüşdə iştirak edəcəyini söyləyib: “Biz tərəflər arasında irəliləyişin əldə olunmasını alqışlayırıq, eyni zamanda, təmas xəttində baş verən insidentlərin araşdırılması mexanizmlərinin yaradılması və razılaşdırılmasını, hərtərəfli sülh razılaşmasının əldə olunmasını dəstəkləyirik”.
Münaqişənin həlli prosesinin ilk mərhələsində 5 rayonun Azərbaycana qaytarılıb-qaytarılmayacağı mövzusunda suala səfirin cavabı belə olub: “Cənab Ceyms Uorlikin bəyanatları ilə tanış olsanız, görərsiniz ki, ATƏT-in Minsk Qrupu çərçivəsində bütün həmsədrlərin və ayrı-ayrı həmsədr ölkələrin qayəsi bir məqsədə yönəlib. Bu ondan ibarətdir ki, münaqişə tərəfləri bir araya gətirilsin və hərtərəfli sülh sazişi razılaşdırılsın”.
R. Sekuta daha sonra Bərdə rayonuna yollanıb. Yeni Daşkənd kəndini ziyarət edən səfir ABŞ Müdafiə Departamentinin maliyyələşdirdiyi su təchizatı layihəsinin icrası ilə tanış olub. Kənd sakinləri qarşısında çıxış edən R. Sekuta bildirib ki, bu layihələr özlərinə parlaq gələcək quran azərbaycanlılarla ABŞ-ın uzunmüddətli əməkdaşlığının nümunələrindən biridir. ABŞ səfirinin cəbhə bölgəsinə səfəri başa çatıb.
Tehsil-press.az