Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada rəsmi qəbul təşkil olunub İyunun 22-də Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 98-ci ildönümü münasibətilə Ankarada yerləşən “J.W. MARRİOTT” Mehmanxanasında geniştərkibli rəsmi qəbul təşkil etmişdir.

Tehsil-press.az-a səfirlikdən verilən məlumata görə, tədbirdə Türkiyə Respublikasının Elm, sənaye və texnologiya naziri Faruk Özlü, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi Hulusi Akar, Baş Qərargah rəisinin müavini Yaşar Gülər, Quru Qoşunları komandanı ordu generalı Salih Zeki Çolak, Hava Qüvvələri Komandanı ordu generalı Abidin Ünal və Jandarma Qüvvələrinin baş komandanı ordu generalı Galib Mendi başda olmaqla Türkiyə Respublikası silahlı Qüvvələrinin 43 generalı, tanınmış ictimai-siyasi xadimlər, diaspor nümayəndələrimiz, çox sayda millət vəkili, TR Xarici İşlər Nazirliyi başda olmaqla ölkənin çox sayda rəsmi qurumlarının nümayəndələri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri və çox sayda KİV nümayəndələri iştirak etmişlər.
Tədbir iki qardaş ölkənin himnlərinin səsləndirilməsinin ardından açıq elan edilmişdir.
Ardından Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin Hərbi Attaşesi Polkovnik Müşfiq Məmmədov çıxış edərək qonaqları salamlamış, Ümummilli Liderimiz Heydər Əliyevin ordumuzun təşkilatlanma və möhkəmlənməsindəki əvəzsiz xidmətlərindən bəhs etmiş, Azərbaycan Respublikası Prezidenti Ali Baş komandan möhtərəm İlham Əliyev cənablarının milli ordumuzla bağlı məqsədyönlü və müvəffəqiyyətli siyasətinə toxunaraq, ordumuzun 2016-cı ilin aprel ayında əldə etdiyi qələbə o cümlədən Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizin geri qaytarılması ilə bağlı birmənalı və qətiyyətli mövqeyimiz haqqında tədbir iştirakçılarını ətraflı şəkildə məlumatlandırmışdır. Tədbir zamanı qonaqlara ziyafət verilmişdir.


Tehsil-press.az

Oxşar xəbərlər