Kanadada 28 May – Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib

Kanadada 28 May – Respublika günü münasibətilə təntənəli ziyafət təşkil edilib Mayın 26-da Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən Kanadanın paytaxtı Ottava şəhərində "Fairmont" mehmanxanasında "28 May - Respublika günü" münasibətilə təntənəli ziyafət təşkil edilmişdir.

Səfirlikdən Tehsil-press.az-a verilən məlumata görə, tədbirdə Kanadanın Kanada Xarici İşlər, Ticarət və İnkişaf Departamentinin yüksək vəzifəli rəsmiləri, digər dövlət qurumlarının təmsilçiləri, Ottavada akkreditə olunmuş diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Gürcüstan, İsrail, Rusiya, Ukrayna, Yunanıstan, Rumıniya, Latviya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Liviya, Anqola, Braziliya, Sloveniya, Makedoniya, Keniya, Yamayka, Nigeriya, Əlcəzair, Venesuela, Uruqvay, Toqo, Çad səfirləri, eləcə də Ottava və Monreal şəhərlərində yaşayan Azərbaycan icması iştirak etmişdir.
Ziyafətdə açılış nitqi ilə çıxış edən Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli Respublika gününün tarixçəsi barədə iştirakçıları məlumatlandırmış, 1918-ci ildə yaranan Azərbaycan Xalq Cumhuriyyətinin Azərbaycanın dövlətçilik ənənələrini bərpa etdiyini vurğulamışdır. O, Azərbaycan Xalq Cumhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublika olduğunu və qadınlara səsvermə hüququnu bir sıra qərb demokratiyalarından daha əvvəl tanıdığını söyləmişdir. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın çətin bir inkişaf yolu keçdiyi, ölkə rəhbərliyinin bütün problemlərə baxmayaraq, ölkəmizi müasir dövrün sürətlə inkişaf edən ölkələrindən birinə çevirməyə müvəffəq olduğu vurğulanmışdır. R.Hüseynli, həmçinin Azərbaycan-Kanada ikitərəfli münasibətlərinə toxunaraq, ölkəmizin bu münasibətləri inkişaf etdirməkdə maraqlı olduğunu və bu məqsədlə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışdır. O, həmçinin Kanada-Azərbaycan iqtisadi əlaqələri sahəsində son zamanlar əldə olunan nailiyyətlər barədə iştirakçılara məlumat vermişdir.


Tehsil-press.az

Oxşar xəbərlər