Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) onlayn dərslər başa çatıb.
Azərbaycan-Fransız Universiteti yarandığı ilk gündən əcnəbi müəllimləri tədris prosesinə cəlb etdiyinə görə dərslərin bir qisminin distant formada aparılması artıq sınaqdan çıxarılmış bir təcrübə idi. Fransalı müəllimlər dərslərin əsas hissəsini Bakıda keçsələr də, burada olmadıqları vaxtlarda Strasburq Universitetinin “Moodle” proqramı vasitəsilə tələbələrlə əlaqə yaradır, onların suallarını cavablandırırdılar.
Koronavirus pandemiyası səbəbindən ölkədə yaranmış vəziyyətlə əlaqədar martın 16-dan etibarən UFAZ tədris prosesini tamamilə onlayn rejimə keçirmişdi. Beləliklə, artıq yerli müəllimlər də “Microsoft Teams” proqramı vasitəsilə tədrisə davam ediblər. Müəllimlər onlayn dərslərlə yanaşı, dərs materiallarını tələbələrə göndərib, eyni zamanda, dərslərin videoyazılarını platformada yerləşdiriblər. Bu isə tələbələrə dərsləri istənilən vaxt yenidən izləmək imkanı verib.
Tehsil-press.az