Ölümcül Zika virusunun Azərbaycan təhlükəsi

Ölümcül Zika virusunun Azərbaycan təhlükəsi Süleyman Məmmədov: “Zika virusunun ölkəyə hər an gətirilmə təhlükəsi var”
Əsasən Afrika ölkələrində yayılan təhlükəli Zika virusu artıq Azərbaycanla həmsərhəd olan Rusiya, Türkiyə, Gürcüstan, Abxaziya və digər dövlətlərdə də qeydə alınıb.Azərbaycanla bu ölkələr arasında gediş-gəliş həddindən artıq çox olduğundan Zika virusunun ölkəmiz üçün də təhlükəli olduğu qaçılmazdır. Virusun Azərbaycanın qonşuluğa qədər gəlib çatması əhali arasında müəyyən narahatçılıq yaradıb.
Bəs görəsən ölkəmizdə Zika virusunun yayılma ehtimalı varmı və buna qarşı hansı profilaktik tədbirlər görülür?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Suleyman Məmmədov cavablandırıb. O, bildirib ki, Zika virusu Afrika, Braziliya və Latın Amerikası ölkələrində daha çox yayılıb. Bununla yanaşı bizə yaxın ölkələrdə də bu virusa yoluxma halları müşahidə edilib. Lakin Rusiyada Zika virusu aşkarlanan xəstə öz ölkəsində yoluxmayıb. Bu gətirilmə xəstələrdir. Virusun xəstələrdən sağlam insanlara keçməsi xüsusi növ ağcaqanadlar vasitəsi ilə baş verir. Bu «Aedes» növündən olan ağcaqanadlardır. Əsasən tropik ölkələrdə artıb çoxalırlar. Bu ağcaqanadlar Azərbaycanda da var. Lakin virusa yoluxduran cinsin ölkəmizdə olub-olmadığı məlum deyil. Buna baxmayaraq infeksiyanın ölkəyə hər an gətirilmə təhlükəsi var. Yoluxma məsələsi isə artıq ehtimaldır”.
Süleyman Məmmədovun sözlərinə görə, hazırda Səhiyyə Nazirliyi tərəfindən Zika virusuna yoluxma şübhəsi olan xəstələrə diaqnoz qoymaq üçün tibbi reaktivlər gətirilib. Xəstəlik özünü adi qrip kimi biruzə verir. Yəni baş ağrısı, baş gicəllənməsi, gözlərdə qızartı, bədəndə səpki və hərarət olur. Ən böyük fəsada isə hamilə qadınlar məruz qalır. Belə ki, bu virusa yoluxan qadınların dünyaya gətirdiyi uşaqların başı bədən ölçülərindən böyük olur. Hələlik virusa qarşı vaksinlər hazırlanmayıb. Ona görə də, bu virusdan qorunmaq üçün ağcaqanadlardan müdafiə olunmaq lazımdır. Əhali ilk növbədə qapı və pəncərələri xüsusi tor pərdələr vasitəsilə tutmaqla ağcaqanadların mənzilə daxil olmasının qarşısını almalıdır. Bədənin açıq hissələrinə ağcaqanaddan qorunmaq üçün xüsusi gellər çəkilməlidir. Bölgələrdə isə Səhiyyə Nazirliyi tərəfindən xüsusi işlər aparılır. Ağcaqanadların artıb çoxaldığı yerlərdə zirzəmi sularının qurudulması, bitkilərdən təmizlənməsi üçün icra hakimiyyəti orqanları və bələdiyyələr qarşısında məsələ qaldırılıb”.


Tehsil-press.az

Oxşar xəbərlər