İyunun 28-də Türkiyə-İsrail münasibətlərinin bərpasına dair sənəd imzalanacaq. Sənəd Xarici İşlər nazirlikləri səviyyəsində təsdiqlənəcək.
Bu barədə açıqlama verən Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib ki, 2010-cu ildə iki ölkə arasında münasibətlərin pozulmasına səbəb olan məlum hadisənin ayrı-ayrı məqamlarına dair anlaşma əldə olunub.
Razılaşmaya əsasən İsrail tərəfi 2010-cu il hadisələrinə görə Türkiyədən üzr istəyir, “Mavi Marmara” gəmisində həlak olan Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon ABŞ dolları məbləğində təzminat ödənilir, Türkiyənin Qəzza bölgəsindəki fələstinlilərə humanitar yardım daşımasına icazə verilir.
Tehsil-press.az