Bakı Slavyan Universitetində Türkiyənin Yunis Əmrə İnstitutunun Bakı ofisinin nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə Yunis Əmrə İnstitutunun Bakı ofisinin rəhbəri İbrahim Yıldırım, institutun əməkdaşları Ali İshan Çelik və Aydan Ümidova iştirak edib.
Rektor, professor Asif Hacıyev BSU-nun fəaliyyəti, aparılan elmi tədqiqatlar, o cümlədən türk-slavyan əlaqələri sahəsində araşdırmalar barədə məlumat verib. Qonaqlar Bakı Slavyan Universitetinin beynəlxalq əlaqələrini, buradakı təhsil sistemini yüksək qiymətləndirərək gələcəkdə bu universitetlə əməkdaşlıq qurmaqda maraqlı olduqlarını qeyd ediblər. Görüş çərçivəsində BSU ilə Yunis Əmrə İnstitutu arasında birgə fəaliyyət perspektivlərdən, BSU-da Türkiyə araşdırmaları mərkəzinin fəaliyyətindən və türkiyəşünaslıq istiqamətində kadr hazırlığından söz açılıb, əməkdaşlıq sahələri müəyyənləşdirilib və bu barədə sənəd imzalanması qərara alınıb.

BSU-nun Mətbuat xidməti