“Qәbәlә”nin prezidenti Tale Heydәrov Avropa Liqasının 1-ci tәsnifat mәrhәlәsindә Gürcüstanın "Samtredia" klubu üzәrindә 5:1 hesablı qәlәbәdәn sonra jurnalistlәrin suallarını cavablandırıb.
Tehsil-press.az hәmin müsahibәni tәqdim edir:
- Oyun haqqında nә deyә bilәrsiz?
- Belә hesab gözlәmirdim. Düzdür, arxayınlaşmaq olmaz. Belә davam etmәk lazımdır. Hәlә bu qәlәbә heç nә demәk deyil.
- Komandanın oyunu sizi razı saldı?
- Hesaba baxarsaq, әlbәttә razı saldı. Amma komandanın necә oynadığını qarşıdakı rәqiblәrlә oyun göstәrәcәk. Ümumilikdә, isә hәr şey yaxşı idi.
- Yeni transferlәri bәyәndiz?
- Yeni transferlәr xoşuma gәldi. Ümid edirәm ki, belә davam edәcәk. Amma onları daha çәtin sınaqda yoxlamaq lazımdır.
- Yeni transferlәr olacaq?
- Bir hücumçu lazımdır. Onu da yaxında edәcәyik.
- Bu komanda daha güclüdür, yoxsa ötәnilki komanda?
- Әn azından keçәn ilkindәn zәif deyil.
- Hәdәfiniz nәdir?
- Hәdәf hәmişә yüksәk olub. Mәqsәd ötәnilki nәticәni daha da yaxşılaşdırmaqdır.
- Qrup mәrhәlәsinә düşә bilәrsiz?
- Bәli.
- Teo Luis Uiksdәn 3 qol gözlәyirdiniz?
- Tәbii ki, yox. Komandamızın 3 qol vurması gözlәnilmәz idi, nәinki bir oyunçunun.
- Komanda ötәn mövsümün sonunda uğursuz çıxış etdi. Avropa Liqasında uğurlar bunu unutdura bilәrsiz?
- Bizim hәdәflәrimiz hәr zaman yüksәkdir. Daha yaxşı nәticә gözlәyirdim komandadan. Bunu doğrulda bilmәdik. Avroliqada bunu unutdura bilәrik.
- Büdcәnin azaldılması gözlәnilmir?
- Yox. Әksinә bilirsiniz ki, büdcә azaldılıb.
- Bu büdcә ilә nәticә gözlәnilir?
- Kiçik büdcә ilә dә uğur qazanmaq olar.
- Bu azalma maliyyә problemlәrindәn irәli gәlir?
- Әlbәttә. Maliyyә çәtinliklәri ilә bağlıdır.
- Maliyyәnin azalması komandanın nәticәsinә tәsir edә bilәr...
- Әlbәttә ki, tәsir edә bilәr. Ötәn il bәzi transferlәrdә yanlışlığa yol vermişdik. Bu il daha diqqәtli olmalıyıq.
- Bu gün gәnc futbolçular da meydanda özünü yaxşı tәrәfdәn göstәrdi. Demәk olar ki, yavaş-yavaş öz akademiyanızın yetirmәlәrinә üstünlük verәcәksiz?
- Әlbәttә. Baş mәşqçinin qarşısına da belә bir şәrt qoyulub ki, akademiya yetirmәlәrinә güvәnsin.
Tehsil-press.az