Ən məşhur telesima boşandı - Mayami, İstanbul, Bodrumda 5 ev

Ən məşhur telesima boşandı - Mayami, İstanbul, Bodrumda 5 ev Acun Ilıcalı 13 illik həyat yoldaşından boşandı.

Türkiyə mediasının ən tanınmış simalarından biri, baxımlı layihələrin müəllifi, biznesmen, prodüser Acun Ilıcalı 13 illik həyat yoldaşından boşanıb. Zeynəbdən iki qız övladı olan Acunun vəkili boşanma ərizəsini hələ ötən il Çağlayan Ədliyyəsinə vermişdi.
Cütlüyün məhkəməsi cəmi 10 dəqiqə davam edib. Hakimin “boşanmaqda qərarlısınız?" sualına Acun və Zeynəb Ilıcalılar anlaşmalı şəkildə ayrılmaq istədiklərini deyiblər. Bundan sonra hakim onların ayrılmasını rəsmiləşdirib.
Boşanma protokoluna görə, cütlüyün 12 və 9 yaşındakı qızlarının vəlayəti anaya verilib. Acun Ilıcalı qızlarına və həyat yoldaşına ayda 150 min lirə (təqribən 75 min manat) aliment ödəyəcək. Zeynəb Ilıcalının yaşadığı lüks ev də ona qalacaq. Bundan başqa məşhut teleaparıcı və iş adamı keçmiş həyat yoldaşına Mayami, Bodrum, İstanbuldakı 2, ümumilikdə 5 evini də də verib.
Cütlüyün boşanlamalarına səbəb dəqiqi açıqlanmasa da, uzun müddətdir ailədaxili problemi olan evliliyinin təməlinin sarsılmasına xəyanətin səbəb olduğu iddia edilir.

Ən məşhur telesima boşandı - Mayami, İstanbul, Bodrumda 5 ev
Acun və Zeynəb Ilıcalılar

Acun Ilıcalı Zeynəblə 2003-cü ildə ailə qurub. Leyla və Yasəmin adında qızları var.
İlk biznesinə 1995-ci ildə balaca mağaza açmaqla başlayıb. Daha sonra müflis olub. Bir dostu vasitəsilə "Beşiktaş"ın müxbiri işləyir. 2005-ci ildə "Acun Medya"nı qurub. Bir sıra televiziya layihələrinə aparıcılıq edib. O cümlədən, Azərbaycanda da böyük maraqla izlənən "O səs Türkiyə", "Yetenek sizsiniz" kimi yarışların layihə rəhbəri, aparıcısıdır.
Bir neçə il öncə isə şəxsi telekanalını - T8-i açıb. Adıçəkilən kanal Türkiyənin ən baxımlılarından hesab edilir.

Ən məşhur telesima boşandı - Mayami, İstanbul, Bodrumda 5 ev
Zeynəb Ilıcalı qızı ilə


Tehsil-press.az

Oxşar xəbərlər