Rezidenturaya sınaq imtahanlarına başlanılır

Rezidenturaya sınaq imtahanlarına başlanılır Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gündən başlayaraq, rezidenturaya qəbul imtahanının ikinci mərhələsi üzrə onlayn sınaq imtahanı keçirməyə başlayır.

Komissiyadan Tehsil-press.az-a verilən məlumata görə, II mərhələ ixtisas fənləri üzrədir.
İmtahanda iştirak etmək istəyənlər TQDK-nın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçməlidirlər.
Qeyd edək ki, rezidenturaya qəbul imtahanının I mərhələsi üzrə imtahan aprelin 3-də keçirilib. İmtahanın II mərhələsi iyulun 29-da olacaq.
Avqustun 1-dən 7-dək isə rezidentura səviyyəsi üzrə ixtisaslaşma aparılacaq.


Tehsil-press.az

Oxşar xəbərlər