Bakı Ali Neft Məktəbində (BANM) Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin katibi Mixail Kaşubskinin müəllifi olduğu “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” (Offshore Oil and Gas Installations Security) kitabının təqdimatı keçirilib.
Tədbiri açan BANM-in rektoru Elmar Qasımov müasir geopolitik reallıqlarda dünyanın üzləşdiyi bir çox problemlərdən, həmçinin Azərbaycan dövlətinin öz ərazisində yerləşən dəniz neft-qaz platformalarına güclü nəzarətindən bəhs edib. Bir ölkənin iqtisadiyyat gücünə böyük zərbə vuran neft-qaz platformalarına edilən hücumlardan söz açaraq, bu sahədə təhlükəsizlik tədbirlərinin artırılmasının və beynəlxalq təşkilatların terror hücumlarına qarşı səfərbər olmasının vacibliyini vurğulayıb. Mixail Kaşubskinin ərsəyə gətirdiyi “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının əsaslı faktlara və təhlillərə kökləndiyini deyərək gələcəkdə terror hücum hallarının qarşısının alınmasında böyük töhfə verə biləcəyinə əminliyini ifadə edib.
Mixail Kaşubski “Dəniz neft-qaz platformalarının təhlükəsizliyi” kitabının təqdimatının BANM-də keçirilməsindən şad olduğunu deyərək yaradılan şəraitə görə BANM-in rəhbərliyinə təşəkkürünü bildirib. O, müəllifi olduğu kitab haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Kitabın 10 il müddətində tarixi faktlara, geopolitik təhlillərə, elmi araşdırmalara əsaslanaraq ərsəyə gətirildiyini deyib. M.Kaşubski kitabın qlobal iqtisadi böhrana səbəb olan neft-qaz platformalarına terror hücumlarının qarşısını almaq məqsədilə beynəlxalq təşkilatların diqqətini bu problemə cəlb etmək, onları bu istiqamətdə daha mühüm tədbirlər görməyə sövq etmək, dünya ölkələrində neft-qaz sənayesinin təhlükəsizliyini təmin etmək və həyəcan təbili çalmaq məqsədini daşıdığını bildirib. O, kitabın, xüsusilə neft-qaz sahəsində fəaliyyət göstərən və təhsil alan oxucu auditoriyası üçün nəzərdə tutulduğunu qeyd edib. Həmçinin, M.Kaşubski Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin köməkliyi ilə kitabın Azərbaycan və rus dillərinə tərcüməsinin nəzərdə tutulduğunu deyib. Təqdimatdan sonra M.Kaşubski tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

BANM-nin Mətbuat Şöbəsi