“Türkiyədəki qiyamda ABŞ-ın əli var” – Rusiyadan sensasion iddia

“Türkiyədəki qiyamda ABŞ-ın əli var” – Rusiyadan sensasion iddia “ABŞ-ın Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsində birbaşa əli var”.

Belə sensasiya yaradacaq iddia ilə Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, president Vladimir Putinə yaxınlığı ilə seçilən politoloq Sergey Markov çıxış edib.
“Sputinik”ə açıqlama verən S. Markov ABŞ-ın dövlət katibi Con Kerrinin Rusiyada görüşlərinə anidən ara verməsinə diqqət çəkib: “Kerri ABŞ-ın Türkiyədə dövlət çevrilişinə cəhddə əlaqəsinin olmadığını dediyi zaman diqqətimi bir nüans çəkdi. ABŞ-ın xarici siyasət idarəsinin rəhbəri bunu dediyində əli ilə burnuna toxundu. Bir insanın danışdığında əli ilə dodağına və burnuna toxunması yalan danışmasının göstəricisidir. Bu, istəmədən, psixoloji olaraq baş verir”
Rus politoloqun fikrincə, Con Kerri Türkiyədə dövlət çevrilişinə cəhdin baş verəcəyindən əvvəlcədən xəbərdar olub: “Kerri Türkiyədəki hadisələrə bir neçə saat qalmış rusiyalı həmkarı Serqey Lavrovla görüşünə anidən ara verdi. Saatlar 18:45-i göstərirdi. Yəqin ona Türkiyədə yaxın saatlarda ciddi hadisələrin baş verəcəyi ilə bağlı məlumat verilmişdi. Türkiyədə ABŞ kəşfiyyatının güclü olduğu bəllidir. Onlar mütləq xəbərdar idilər”.
Markov bildirib ki, ABŞ rəhbərliyi hadisələrdən xəbərdar olduğu halda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğana heç nə deməyib: “Əvəzində qiyamçılara yardım ediblər. Hətta xəbərin kökü ABŞ-a qədər gedib uzanır. Amerika mətbuatı “Ərdoğan ölkədən qaçıb” kimi xəbər verməyə başladı. Səbəb qiyamçılara köməklik göstərmək idi”.
Markov “hərbi qiyamı Ərdoğanın özü edib” kimi səslənən fikirlərin yalnış olduğunu deyib: “Bu yalan iddiaları ortaya atan şəxslərə sözüm yoxdur. Ərdoğan özünə niyə qiyam elətdirsin ki? Bu məntiqsiz iddiadır. Hadisələrdə 265 nəfər həyatını itirdi, minlərlə yaralı var, Milli Məclis və hökumət binaları bombalandı. Bu necə teatr ola bilər? Bu iddianı ortaya atanlar Ərdoğana nifrət edənlərdir. Ərdoğan hələ bundan sonra uzun illər Türkiyənin rəhbəri olacaq”.


Tehsil-press.az

Oxşar xəbərlər