Bu gün 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir.
Tehsil-press.az-a daxil olan məlumata görə, imtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcək. Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlan (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızdır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur.198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.
Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.
Tehsil-press.az