Miss and Mister Turkvision Azerbaijan 2016-nın qalibləri müəyyən olundu

Miss and Mister Turkvision Azerbaijan 2016-nın qalibləri müəyyən olundu Miss and Mister Turkvision Azerbaijan 2016-nın qalibləri müəyyən olunub. Finalda 15 oğlan 15 qız iştirak edib.

Təşkilat komitəsindən Tehsil-press.az-a verilən məlumata görə iştirakçılar podiuma axşam libasında və yay geyimlərində çıxıblar. Yusif Cəfərli və Şövkət Əsədullayeva müsabiqənin qalibi olublar.
Qaliblər ölkəmizi sentyabr ayının 3-11 tarixlərində Gürcüstanın Batumi şəhərində, "Miss and Mister Planet 2016" beynəlxalq müsabiqəsində və sentyabrın 20-30-da İndoneziyanın Bali adasında "Mister Universal Ambassador 2016" beynəlxalq müsabiqəsində təmsil edəcəklər.
Münsiflər: Gülnarə Xəlilova (münsiflər rəhbəri, modelyer-dizayner, sənətşünaslıq üzrə fəlsəfə doktoru), Oksana Rasulova (rəqqasə), İlhamə Qasımova (müğənni), Roza Zərgərli (müğənni), Şəhriyar Əbilov (teleaparıcı), Aqil Məmiyev (təşkilatçı), Kənan MM (rejissor), Zəhra Qaraxanova (model, Miss Exclusive Azerbaijan 2016), İlqar Əliyev (Best Model of Azerbaijan 2004), Elşad Xose (reper). Aparıcılar - Seyran Babayev & Təranə. Layihə rəhbərləri - Orxan Tənahirli və Süleyman Tənahirli.


Tehsil-press.az

Oxşar xəbərlər