29 iyunda "Nar" operatorunun dəstəyi ilə "Mədəniyyətlər festivalı" tədbiri keçirilib.
Şirkətdən Tehsil-press.az-a verilən məlumata görə, "Global Village AIESEC Azerbaijan" Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən başlayaraq hər il keçirilən bu rəngarəng və maraqlı mədəniyyət festivalında dünyanın 14 ölkəsindən gəlmiş nümayəndələr dostluq ab-havası yaratmaq və öz mədəniyyətlərini təqdim etmək üçün bir yerə toplaşıblar. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənəti və adət-ənənələrindən zövq alıblar.
Tədbirdə “AIESEC Azerbaijan” tərəfindən dünyanın müxtəlif ölkələrindən Azərbaycana dəvət olunan və “Need of Clean”, "Talk out Loud", "Beyond the Limits", “World for Kids” kimi layihələrin iştirakçıları olan xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini müxtəlif suvenir, mahnı və rəqs nömrələri ilə təqdim ediblər.
Hər zaman gənclərin müxtəlif ideya və təşəbbüslərini alqışlayan “Nar” operatorunun dəstək verdiyi tədbir qonaqlar və iştirakçıların ürəyincə olub. Mobil operatorun Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası və “AIESEC Azerbaijan” ilə tərəfdaşlığı çərçivəsində həyata keçən layihə biri-birindən maraqlı və rəngarəng anlarla yadda qalıb.
Tehsil-prress.az