Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verildi

Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verildi Cəlilabadın Privolnoye kəndinə ilk dəfə təbii qaz verilib

Bu barədə Tehsil-press.az SOCAR-ın saytına istinadən məlumat verir. Avqustun 4-də Cəlilabad rayonunun Privolnoye kəndinə ilk dəfə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
1148 abonenti olan Privolnoye kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56673 metr uzunluğunda müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonent üçün ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Tədbirdə çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndə ilk dəfə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.


Tehsil-press.az

Oxşar xəbərlər