Rumi haqqında xüsusi buraxılışda nələr var?

Rumi haqqında xüsusi buraxılışda nələr var? “Oğuz eli” qəzeti Mövlana Cəlaləddin Rumiyə aid xüsusi buraxılış dərc edib. Böyük türk şairi Nazim Hikmətin “Ben de müridinem işte, Mevlana” deyə müraciət etdiyi Ruminin ürəklərdə bir mənəviyyat heykəli yonduğu həmin buraxılışda öz əksini tapıb.
Baş redaktor Azər Abdulla, məsul katib Əli Həsənlinin ərsəyə gətirdiyi xüsusi buraxılışda Ruminin daim barışa və anlaşmağa yönəlik fikirləri yer alıb. “Dünyaya ayrılmaqçün deyil, birlikdə olmaq üçün gəlmişik” fikri onun yaradıcılığının ana xəttidir.
Xüsusi buraxılışda görkəmli şairlər Məmməd Ismayıl, Ramiz Rövşən, Vaqif Bayatlının Cəlaləddin Rumi haqda fikirləri və şeirləri də yer alıb.
Xüsusi buraxılışdakı materiallarda Rumi təkcə klassiklərimizin tacı kimi deyil, müasirliyimizin obyekti kimi də xarakterizə olunub. Bu böyük mütəfəkkirdən çoxsaylı iqtibaslar gətirmək olar. Fəqət, Cəlaləddin Ruminin müdrik kəlamlarının yer aldığı buraxılışdan bolluca sitatlar gətirməyib onu oxucularla baş-başa buraxırıq.


Tehsil-press.az

Oxşar xəbərlər