Xırdalanda məktəb direktoru ölüb

Xırdalanda məktəb direktoru ölüb Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru Zülfiyyə Hümbətova dünyasını dəyişib. Abşeron rayon Təhsil Şöbəsindən Tehsil-press.az-a verilən məlumata görə, Z.Hümbətova avqustun 9-da səhər saatlarında dünyasını dəyişib. Məktəb direktoru xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Z.Hümbətova 1969-cü il mart ayının 3-də anadan olub. O, 1976-86-cı illərdə Xırdalan şəhər 1 saylı orta məktəbdə orta təhsilini alıb.
1986-91-ci illərdə Bakı Dövlət Universitetinin Fizika fakültəsində oxuyub. 2007-ci ildən Xırdalan şəhər 4 saylı tam orta məktəbin drektoru vəzifəsində çalışıb.


Tehsil-press.az

Oxşar xəbərlər