Ermənistan vətəndaşı Naxçıvana keçib.
Bu barədə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Ermənistanla sərhədində Ermənistan Respublikası vətəndaşının saxlanılması haqqında Naxçıvandakı mənbəmizdən məlumat daxil olub.
Qaynağımızın bildirdiyinə görə avqust ayının əvvəlində Sədərək rayonu ərazisinə Ermənistanla sərhəddən keçmiş erməni hərbiçilərimiz tərəfindən saxlanılıb. Sədərək rayonu ərazisində saxlanılmış erməni 1954-cü il təvəllüdlü, Artaşat rayonunda yaşayan Henrik Agetyan olduğunu bildirib.
Ruhi xəstə olduğu güman olunan Henrik Agetyan Naxçıvan ərazisinə müalicə almaq məqsədi ilə gəldiyini deyib. Ermənistanda acınacaqlı durumun hökm sürdüyünü və səhiyyə sistemlərinin bərbad vəziyyətdə olduğunu bildirmiş Agetyanın dediyinə görə, yaşadığı Artaşat rayonu ərazisində də yayımlanan Naxçıvan televiziyasında muxtar respublikanın səhiyyə və tibb ocaqları haqqında proqram izlədikdən sonra mualicə almaq üçün buraya keçmək qərarına gəlib. Agetyan Ermənistanda müalicə olunmaq üçün həkim tapmadığını, bu məqsədlə də Sədərək rayonu ərazisinə keçdiyini deyib.
Tehsil-press.az