Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər dini-psixoloji komissiyadan keçməlidirlər. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) Tehsil-press.az-a verilən məlumatda deyilir.
Məlumatda qeyd olunur ki, Bakı İslam Universitetinin ixtisasları üzrə müsabiqəyə III ixtisas qrupu üzrə qəbul imtahanında topladığı ümumi balı 100-dən az olmayan (fənlər üzrə cavablara nisbi bal məhdudiyyəti tətbiq edilmir) və TQDK tərəfindən Bakı İslam Universitetində təşkil edilmiş dini-psixoloji komissiyada qeydiyyatdan keçən abituriyentlər buraxılırlar. Dini-Psixoloji Komissiya yenidən Bakı İslam Universitetində 15-17 avqust tarixlərində saat 09:00-dan 13:00-a kimi fəaliyyət göstərəcək.
Tehsil-press.az