NIKOIL | Bank-ın əsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir. Bu gün də, NIKOIL | Bank-ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilib.
Bu barədə Tehsil-press.az-a bankdan məlumat verilib.
Xatırladaq ki, 10 mln. ABŞ dolları məbləğində ilk tranş cari ilin 29 iyul tarixində banka yerləşdirilmişdir. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır. Qeyd edək ki, avqust ayında səhmdarlar tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş banka yerləşdiriləcək və sentyabr ayının sonunda analoji məbləğli dördüncü tranş daxil ediləcək. Həmçinin sadə aksiyaların emissiyası barədə qərarın elan edilməsi gözlənilir. Bütün bu əməliyyatlar NIKOIL | Bank –ın kapitalının artırılması və Bankın yeni inkişaf mərhələsinə keçməsi istiqamətində atılan ilk addımlardır.
Bu gün NIKOIL | Bank əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır.
Bankın filial şəbəkəsi Bakı, eləcə də Azərbaycanın bölgələrində yerləşmiş 21 satış məntəqəsindən ibarətdir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ səhifə www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012) 981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Bankın sosial şəbəkədə rəsmi səhifəsinin ünvanı: https://www.facebook.com/bank.nikoil
Tehsil-press.az