Gürcüstan müdafiə nazirindən təklif.
Ötən gün Qəbələdə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşündə iştirak edən Gürcüstan müdafiə naziri Tinatin Xidaşeli Azərbaycan və Türkiyəni ölkəsində NATO-nun dəstəyi ilə keçirilən proqram və layihələr çərçivəsində əməkdaşlıq etməyə dəvət edib.
Tehsil-press.az-ın "İnterfaks" agentliyinə istinadla verdiyi məlumata görə, söhbət 3 tərəfli hərbi təlimlərdən gedir." Gürcüstan NATO ilə əməkdaşlığın yaratdığı imkanları nəzərə alaraq 2017-ci ildə bir neçə təlim keçirmək istədiyini bildirib. Hesab edirəm ki, biz yüksək səviyyəli təlimlərin təşkilində Türkiyə tərəfinə layiqli əməkdaşlıq təklif edə bilərik. Razılıq əldə olundu və biz 2017-ci ilin yazında təlimlər keçirməyə hazırlaşacağıq", - deyə Gürcüstan Müdafiə Nazirliyinin mətbuat xidməti Tinatin Xidaşelinin sözlərindən sitat gətirir. Məlumata görə, nazirlər növbəti görüşünü bu ilin yayında Batumidə keçirəcəklər.
Mayın 15-də Qəbələdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Görüşdə nazirlər regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıb və hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli Anlaşma Memorandumu imzalanacağı gözlənilir.
Görüş zamanı 3 ölkənin Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması və qarşılıqlı əməliyyat uyarlılığının əldə edilməsi məqsədilə üçtərəfli birgə təlimlərin keçirilməsi, hərbi təlim-təhsil sahəsində əməkdaşlığın üçtərəfli formatda təşkil edilməsi, Kiber təhlükəsizlik sahəsi üzrə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən neft və qaz boru kəmərlərinin mühafizəsi üzrə üçtərəfl
"Biz müdafiə sahəsində üçtərəfli Anlaşma Memorandumu imzalamağı nəzərdə tuturuq. Hazırda layihəsi razılaşdırılmaqda olan Anlaşma Memorandumunun imzalanması əməkdaşlığımızın hüquqi bazasının əsasını təşkil edəcək, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacaqdır", - deyə Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.
Hazırda Gürcüstanda Noble Partner hərbi təlimləri keçirilir. Mayın 11-dən 26-na qədər davam edəcək təlimlərdə 1,3 min hərbi qulluqçu, o cümlədən 650 amerikalı, 150 britaniyalı və 500 gürcü müddətdən artıq hərbi xidmətdə olanlar iştirak edəcək. Təlimlərdə bir neçə Amerika C-130 hərbi-nəqliyyat təyyarəsi, M1A2 tankları və M2 Bredley hərbi maşınlarından istifadə olunacaq.
Təlimlərdə iştirak etmək üçün Amerika ağır zirehli texnikasının Gürcüstana gətirilməsi haqda mayın 5-də məlum olub. Rusiya Gürcüstanda keçirilən bu təlimlərdən narahatlığını bildirib.
Tehsil-press.az