İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini təbrik edib.

Tehsil-press.az-ın məlumatına görə, təbrikdə deyilir:
"Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".


Tehsil-press.az

Oxşar xəbərlər