Göyçay rayonunun daha 2 kəndinə təbii qaz verilib.
Tehsil-press.az SOCAR-ın saytına istinadən xəbər verir ki, avqustun 19-da Göyçay rayonun Yalman və Mırtı kəndlərinə təbii qazın verilişi bərpa olunub. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, ümumilikdə 638 abonenti olan Yalman və Mırtı kəndlərinin yenidən qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 56 kilometrdən artıq müxtəlif diametrli polietilen və metal borularla qaz xətləri çəkilib, bütün abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb. Tədbirdə vurğulanıb ki, hazırda rayonunun Çaxırlı, Ləkçılpak, Şəkər, Bəydövül, Çərəkə, Çərəcə və Yeniarx kəndlərində qazlaşdırma işləri aparılır. Yaxın vaxtlarda həmin kəndlərə də təbii qazın verilişi təmin olunacaq. Çıxış edənlər kəndlərə təbii qazın verilməsinə görə, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tehsil-press.az