Festival çərçivəsində iyunun 30-da axşam saat 20:00-da qədim tarixi-memarlıq abidəsi “Yuxarı Karvansaray” mehmanxana-kompleksinin həyətində İranın “Təbriz” İnstrumental ansamblının konserti olub.
Tehsil-press.az-ln məlumatına görə, "İpək yolu” festivalında ilk dəfədir iştirak edən “Təbriz” instrumental ansamblı 15 ildir ki, fəaliyyət göstərir. Bu illər ərzində ansambl İran İslam Respublikasının müxtəlif bölgələrində uğurla çıxış edib, tamaşaçı rəğbətini qazanıb. Ansambl uzun müddətdir tanınmış xanəndə Ramin Qəznəvi ilə əməkdaşlıq edir. İranda keçirilən müxtəlif festivalların və müsabiqələrin laureatı olan Ramin Qəznəvi instrumental heyətlə birgə bir çox ölkələrdə, o cümlədən İsveç, Almaniya, Danimarka, Türkiyədə konsert proqramları ilə çıxış edib.
“Sizə salam gətirmişəm” mahnısı ilə başlanan konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Tehsil-press.az