Azərbaycanda “Nazlı” romantik komediya filminin çəkilişləri dəvam edir. Bu layihəyə maraq da gündən-günə artır, çünki filmin premyerasına çox az zaman qalır.
Filmin quruluşçu rejissoru Rəhman Rafiqoğlu Tehsil-press.az-a müsahibəsində “Nazlı” filmində çəkilən Rrspublikamızın əməkdar artistləri Mehriban Xanlarova, Naidə Orucova və Opera və Balet Teatrının solisti Fərid Əliyevdən danışdı.
M.Xanlarovanın bu filmdə ən rəngarəng və yadda qalan rollardan birini ifa edəcəyi bildirildi. O, baş qəhrəmanın bibisi Tükəzban obrazını canlandıracaq. Rejissor M.Xanlarovanın böyük istedada malik bir aktrisa olduğunu xüsusi vurğuladı: "Tükəzban obrazı o qədər çoxyönlüdür ki, tamaşaçılar tərəfindən həm sevgi, həm nifrətlə, bəzən çox gülməli, bəzən isə göz yaşları ilə qarşılanacaq".
Tükəzban bibinin ən yaxın rəfiqələrindən biri olan Xuraman obrazından danışarkən R.Rafiqoğlu deyib: "Bu obrazı canlandırmaq üçün bir çox aktrisalarla görüşlər keçirildi. Ancaq mənim seçimim tərəddüdsüz əməkdar aktrisa Naidə Orucova oldu. Təəsüf ki, bundan əvvəl mən Naidə Orucova ilə şəxsən tanış deyildim. Ancaq onu görən kimi anladım ki, Xuraman obrazını Naidə xanım canlandırmalıdır”.
Əməkdar Artist Opera və Balet Teatrının solisti Fərid Əliyev bu filmdə Nazlının seçməli olduğu mehtərlərdən birini canlandıracaq. “Fəridlə mənim dostluğum uzun illər əvvəl yaranmış ŞHK-dan başlayır. O zaman bizi rəhmətlik Anar Məmmədxanov bir yerə toplamışdır. Ona görə də Opera ifasından başqa Fəridin incə və estetik yumora malik olduğunu çox yaxşı bilirəm. Elə bu səbəbdənn də biz ssenarini yazanda obrazı sırf Fərid üçün yazılmışdıq. Fəridin bu obrazı məharətlə canlandırmağı məni bir rejissor kimi tam qane edir. Tamaşaçıların da filmdə Fərid Əliyevin həm aktyorluq qabiliyyətini həm də opera ifasını yüksək dəyərləndirəcəklərindən əminəm".
Xatırladaq ki, “Nazlı” romantik komediya filmində baş rollarda Dövlət Akademik Dram Teatrının aktyoru Ülvi Həsənli və ən gənc və çox istedadlı aktrisalardan biri olan Xumar Səlimova çəkilir. Əsas rollardan biri sayılan ekstrovaqant və ekssentrik Jan Pol obrazını Respublikamızın müxtəlif müsabiqələrinin qalibi Qorqud (Qoqi) Cəfərli canlandırır.
Quruluşçu rejissoru Rəhman Rafiqoğlu, ssenari müəllifləri Rəhman Rafiqoğlu və Tural Fitat, quruluşçu operatoru Əli Sultanov və baş produseri Mürad Məhərrəmli olan “Nazlı” romantik komediyasında dörd xalq artisti də çəkilir.
Tehsil-press.az