Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operası nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən Tehsil-press.az-a bildirilib ki, tamaşada iki əsas partiyada yeni ifaçılar - Koroğlu rolunda Əməkdar Artist Fərid Əliyev, Həsən xan rolunda isə digər gənc vokalçı, Əməkdar Artist Cahangir Qurbanovun debütü gözlənilir.
Səhnə əsərində, həmçinin teatrın solistlərindən Xalq Artisti Əli Əsgərov (İbrahim xan), Əməkdar artistlər İlahə Əfəndiyeva (Nigar), Əkrəm Poladov (Alı kişi), Sabir Əliyev (Vəli), solistlərdən Əliəhməd İbrahimov (Nadir), Tural Ağasıyev (Vəzir), Tələt Yəhyayev (Ehsan paşa), Atəş Qarayev (Həmzə) və başqaları iştirak edəcəklər.
Tamaşanın xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayeva, dirijoru isə Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Tehsil-press.az