Kiyevdə televiziya binasına hücum

Kiyevdə televiziya binasına hücum Sentyabrın 4-də Kiyevdə “İnter” televiziya kanalının binasına hücum olub.

Hadisə zamanı telekanalın əməkdaşları xəsarət alıblar. Bundan əlavə, operatorun video kamerası əlindən alınıb. Hüquq-mühafizə orqanları basqınçılardan bir neçəsini həbs edib. Polisə aparılan həmin şəxslərin kimliyi aydınlaşdırılır.
Paytaxt polsinin sözçüsü Oksana Blişikim verdiyi xəbərə görə, telekanala gələn təxminən 20 nəfər binada turist çadırı qurublar, özləri ilə təkər də gətiriblər. Sonradan həmin təkərləri yandıraraq binaya tullayıblar, partlayıcı maddə də atıblar. Nəticədə binada yanğın baş verib.


Tehsil-press.az

Oxşar xəbərlər