2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq

2019-cu ildə Azərbaycanda əhali siyahıya alınacaq Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçirilsin.
Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.
Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.


Tehsil-press.az

Oxşar xəbərlər