Azərbaycanın yeni iqtisadi modelə keçidi bazarların tam liberallaşdırılmasını tələb edir

Azərbaycanın yeni iqtisadi modelə keçidi bazarların tam liberallaşdırılmasını tələb edir Beynəlxalq Valyuta Fondu (BVF) makroiqtisadi siyasətin və onun əsaslarının təkmilləşdirilməsi və institutların möhkəmləndirilməsi məsələlərində Azərbaycana kömək edə bilər.

Bunu Tehsil-press.az-a BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib. Onun sözlərinə görə, bu kömək BVF-nin ölkə hökuməti ilə əməkdaşlığı yolu ilə edilə bilər. M.əl-Qorçi qeyd edib ki, böyük ölçüdə özəl qeyri-neft sektorunun artımına əsaslanan yeni iqtisadi modelə keçid mal bazarlarının, işçi qüvvəsinin və məhsulların tam liberallaşdırılmasını, idarəetmənin yaxşılaşdırılması üzrə səylərin aktivləşdirilməsini tələb edir. O əlavə edib ki, fond makroiqtisadi siyasətin təkmilləşdirilməsinə və institutların möhkəmləndirilməsinə dəstək verə bilər.


Tehsil-press.az

Oxşar xəbərlər