Lavrov: Bakıda Qarabağ üzrə keçirilmiş danışıqlar irəliləməyə imkan verəcək

Lavrov: Bakıda Qarabağ üzrə keçirilmiş danışıqlar irəliləməyə imkan verəcək Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət olduqca faydalı idi və Vyana ilə Sankt-Peterburq görüşlərindən sonra irəliləməyə kömək edəcək.

Tehsil-press.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi birgə mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Rusiya və Azərbaycan əlaqələri tərəfdaşlıq xarakteri daşıyır: "Biz siyasi səviyyədə intensiv dialoq aparırıq, iki ölkə arasında ticari-iqtisadi münasibətlər xüsusi diqqət tələb edir".
Onun sözlərinə görə, humanitar sahədə əməkdaşlığın dinamikası da qənaətbəxşdir.


Tehsil-press.az

Oxşar xəbərlər