Azərbaycanın ali məktəblərinə təhsilin idarə edilməsi üzrə yeni innovasiya platforması - "Unibook" təklif edilib.
Bunu Tehsil-press.az-a "Neuron Technologies" şirkətinin rəhbəri İsmayıl Ələkbərov deyib. Onun sözlərinə görə, yeni platforma ali məktəblərin fəaliyyətini avtomatlaşdırmağa, gəlmə sayının hesabatını aparmağa, elektron jurnallar tətbiq etməyə və s imkan verir.
İ.Ələkbərov qeyd edib ki, hazırda "Unibook" artıq Azərbaycan Dövlət Neft və Sənaye Universitetində tətbiq edilib və onun üstünlüyündən 9,5 min tələbə və mindən çox müəllim istifadə edir. Yeni platforma sayəsində hər bir istifadəçi şəxsi profilini aça, gündəlik işlərini planlaşdıra, elektron kitabxanaya giriş əldə edə bilər.
Tehsil-press.az