Türkiyə təyyarələri Ermənistanın hava sahəsinə keçib?

Türkiyə təyyarələri Ermənistanın hava sahəsinə keçib? Oktyabrın 5-də axşam saat 21.00 radələrində Türkiyə Hərbi Hava Qüvvələrinin 3 təyyarəsi Ermənistanın hava sahəsinə daxil olararaq iki ölkə sərhəd boyu bir neçə dəfə uçuş keçirib.

Tehsil-press.az xəbər verir ki, bu barədə məlumatı “New Armenian Times” adlı erməni nəşri yayıb. İddia olunur ki, Ermənistanın hava hücumundan müdafiə qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib, ancaq daha sonra sərhəddə sakitlik yaranıb. Türkiyə təyyarələrinin Ermənistanın hava sahəsinə səhvən, yaxud bilərəkdən daxil olduğu haqda heç nə deyilmir. Sayt iddia edilir ki, insident barədə rəsmi məlumat böyük ehtimalla bu gün səhər yayılmalıdır. Lakin nə Ermənistan, nə Türkiyə rəsmi qaynaqları hələlik bu haqda heç nə bildirməyib.

Tehsil-press.az

Oxşar xəbərlər