NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır

NATO Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni proqram hazırlayır NATO növbəti il Azərbaycanla əməkdaşlığı genişləndirmək üçün yeni "Sülh naminə əməkdaşlıq" proqramını hazırlayır.

Bunu Tehsil-press.az-n NATO-nun Brüsseldəki mətbuat xidmətindən deyiblər. Alyansın ofisindən qeyd ediblər ki, Azərbaycan NATO-nun əhəmiyyətli və qiymətli tərəfdaşıdır.
NATO ofisindən deyiblər ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyətə malikdir, həmçinin regionda sülhün və sabitliyin saxlanılmasında xüsusi rol oynayır: "NATO və Azərbaycan arasında əməkdaşlıq yalnız silahlı qüvvələrin müasirləşdirilməsi ilə məhdudlaşdırılmır, tərəflər arasında partnyorluq müdafiə islahatlarına, demokratik institutların və səmərəli idarəetmə strukturlarının qurulmasına da yönəlib".

Tehsil-press.az

Oxşar xəbərlər