Bank VTB (Azərbaycan) “Xəzri” pul köçürmələr sisteminə qoşularaq müştərilərinə ölkədaxili daha ucuz və sərfəli şərtlərlə pul köçürmək imkanı təklif edir.
Bankın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yeni sistem vasitəsi ilə bankın müştəriləri ölkə daxilində istənilən məsafəyə qısa müddət ərzində təcili pul vəsaiti köçürə bilər. Pulları göndərildikdən cəmi 5 dəqiqə sonra ölkənin istənilən nöqtəsindən almaq mümkündür.
“Xəzri” pul köçürmələri manatla həyata keçirilir, maksimal məbləğ isə 20 min manat təşkil edir. Azərbaycan daxilində köçürmələr ünvansız həyata keçirilir və müştəri bu vəsaitləri ölkə ərazisində ona rahat olan məntəqədən ala bilər. Məbləğdən asılı olaraq köçürmə üzrə komissiya 1-30 manat və ya köçürülən məbləğin 0,8% təşkil edir ki, bu da pul vəsaitlərini çox sərfəli şərtlərlə yollamağa imkan verir.
“Xəzri” pulköçürmələr sistemi ilə yanaşı VTB (Azərbaycan) müştəriləri Zolotaya Korona, Contact, Blizko və Monex sistemləri vasitəsi ilə dünyanın istənilən yerində pul vəsaiti göndərib və ala bilər.
Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.
Tehsil-press.az