Prezident İlham Əliyev oktyabr ayının 19-da Ağstafa rayonuna səfəri zamanı Heydər Əliyev Mərkəzində yaradılan distant təhsil mərkəzi ilə tanış olmuşdur.
Açılışda Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün məsafədən (distant) təhsil layihəsinin rəhbəri Salam Əliyev və layihənin müəllimi Samirə Vəliyeva iştirak etmişlər.
Prezident İlham Əliyevə distant təhsil layihəsi haqqında məlumat verildi.
Bildirilib ki, layihə Heydər Əliyev Fondunun və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərində 2010–cu ildə 30 sağlamlıq imkanları məhdud olan şagird və 10 müəllimlə başlamışdır. Hazırda Respublikanın rayonlarından 210 şagird və 72 müəllim ilə davam edir. Layihənin şagirdlərin cəmiyyətə inteqrasiya olunması və evdə təhsildən inklüziv təhsilə keçidinin təmin olunması kimi əsas üstünlükləri qeyd edildi. Diqqətə çatdırıldı ki, bu layihə həyata keçirilməklə evdə təhsilə dövlət büdcəsindən ayrılan vəsaitə 50% qənaət edilmiş olur.
Daha sonra Prezident İlham Əliyevə məlumat verildi ki, Gəncə-Qazax zonası üzrə 1000-dən çox sağlamlıq imkanları məhdud olan şagird distant təhsilə qoşularaq bu mərkəzdən idarə olunacaqlar.
Görüşdə həmçinin, sağlamlıq imkanları məhdud olan şagirdlərin dərsdən kənar saatlarda istifadə etmələri üçün zəruri olan idman avadanlıqları təqdim olunaraq, onlar barədə geniş məlumat verildi.