Məktəblilər arasında intellektual oyun keçirilib

Məktəblilər arasında intellektual oyun keçirilib Masallı rayonundakı “ASAN İntellektual” inkişaf mərkəzində məktəblilər arasında "Ən zəif bənd" intellektual oyunu keçirilib.
İntellekt oyun Təhsil Nazirliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə baş tutub.
Yarışın keçirilməsində əsas məqsəd gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması, şagirdlərin intellektual və yaradıcı inkişafına təkan verilməsi, onların intellektual fəaliyyətə daha geniş miqyasda cəlb edilməsinin və asudə vaxtlarının səmərəli təşkilinin təmin olunmasıdır.
Yarışın seçim turları Masallı rayonunun 5 ümumtəhsil məktəbində və "Dəfinə" məktəb-liseyində keçirilib. Seçim turlarında hər məktəbdən 20 şagird arasından 2 nəfər seçilməklə ümumilikdə 10 məktəbli oyuna vəsiqə qazanıb.
Gərgin və maraqlı mübarizə şəraitində keçən oyunun nəticəsinə əsasən “Dəfinə” məktəb-liseyinin 11-ci sinif şagirdi Rafael Əliyev qalib gəlib.

Tehsil-press.az

Oxşar xəbərlər