Milli Məclisin bir qrup deputatı AŞ PA-nın yay sessiyasında iştirak edəcək

Milli Məclisin bir qrup deputatı AŞ PA-nın yay sessiyasında iştirak edəcək Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞ PA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 19-dan 26-dək Strasburqda səfərdə olacaqlar.

Tehsil-press.az Milli Məclisin mətbuat xidmətinə istinadən məlumat verir ki, nümayəndə heyətinə parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sevinc Fətəliyeva, Elxan Süleymanov, Sahibə Qafarova, Qənirə Paşayeva, Vüsal Hüseynov, Müslüm Məmmədov və Sabir Hacıyev daxildirlər.
Sessiya dövründə Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Türkiyədə demokratik institutların fəaliyyəti, mədəniyyət və demokratiya, Avropa institutlarında şəffaflıq və açıqlıq, miqrantlara qarşı zorakılıq, gender bərabərsizliyinə qarşı mübarizə və digər mövzularda fikir mübadiləsi aparılacaq, İnsan hüquqları üzrə Avropa Məhkəməsinə hakimlər seçiləcək. Deputatlarımız gündəlikdəki məsələlərlə bağlı çıxışlar edəcək, fikirlərini bildirəcəklər.


Tehsil-press.az

Oxşar xəbərlər